AÇIQ MESAJ: “Azərbaycan Rusiya və İrana qarşı "qalxan" yaradır” 

Prezident İlham Əliyev dünən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə çox mühüm məqamlara toxunub. Dövlət başçısı bildirib ki, biz Azərbaycanın ABŞ-la modern texnologiyalar sahəsində hələ də aşağı səviyyədə olan ticarətini genişləndirmək istəyirik.
Prezident, həmçinin Azərbaycanın ABŞ-ın hərbi təchizatlarına çıxış əldə etmək istədiyini bildirib.  “Təəssüf ki, bizim buna çıxışımız yoxdur. Bu, Ermənistanla olan münaqişə ilə bağlı idi. İndi isə konflikt bitib. İndi ABŞ-la müdafiə sahəsində əməkdaşlıq niyə də olmasın?!”, - deyə Prezident əlavə edib.  

Əlbəttə, bu, təkcə hərbi yox, həm də siyasi mesajdır. Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a açıqlamasında mesajın ünvanlarını göstərdi: 

“Məlum olduğu kimi, müharibə dövründə ABŞ Azərbaycana qarşı qeyri-adekvat bəyanatlar səsləndirdi. Çox güman, dövlət başçımız bundan sonra adekvat münasibətlər görmək üçün loyal addımlar atır. Eyni zamanda Rusiya və İrana qarşı “qalxan” yaradılır. Və “təsir əks-təsirə bərabərdir” prinsipi tətbiq olunur. Bu, bizim maraqlarımıza uyğundur”.