Rusiyanın qonşularına münasibəti:"Münaqişə yaradır, savaşdırıb, zəif salır"

“Rusiyanın qonşuları ilə münasibətinin sxemi məlumdur”. 
Bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib. O, daha ətraflı “Sherg.az”a danışdı: “Milli azlıqları və ya kiçik xalqları qismən böyük olanlara qarşı dəstəkləyir, münaqişə ocağı yaradır, ikisini də savaşdırıb, zəif salır, birinə silah satır, digərinə silahdan pay verir və hər ikisini özündən asılı vəziyyətdə saxlayır. Burada islam və xristian izləri axtarmayaq. Çünki yanlış yerə gedib çıxarıq. Ermənilər bunu anlayandan sonra, bəlkə, “gün görə bilərlər””.