Koçaryan Ermənistan hakimiyyətinə xəbərdarlıq etdi

"Mən məğlubiyyət səhifəsini bağlamaq üçün, milli həmrəyliyə görə barəmdəki qanunsuzluğu və haqsızlığı bağışlaya bilərəm, amma..." 

Ermənistanın ikinci prezidenti, "Ermənistan" alyansının rəhbəri Robert Koçaryan hakimiyyət orqanları vasitəsilə tərəfdarlarına qarşı təzyiqlərin olduğunu bildirib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Sabiq dövlət başçısı qeyd edib ki, hüquq-mühafizə orqanları onun tərəfdarlarına qarşı təzyiqlər göstərir.

"Artıq bir neçə gündür, hüquq-mühafizə orqanları əməkdaşlarını mənim silahdaşlarıma təzyiq göstərməsi barədə xəbərlər daxil olur. Mən məğlubiyyət səhifəsini bağlamaq üçün, milli həmrəyliyə görə barəmdəki qanunsuzluğu və haqsızlığı bağışlaya bilərəm, amma xəbərdarlıq etmək istəyirəm ki, komandamın üzvlərinin təqib olunması məqsədilə heç bir qondarma iş unudulmayacaq və bağışlanmayacaq.

İnandırıram ki, qanunsuzluq edən istənilən vəzifəli şəxs tezliklə qanun qarşısında cavab verəcək”, - deyə Robert Koçaryan bildirib.

Qeyd edək ki, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.