Ermənistanda 3 mümkün senarinin olacağı - REAL-ın təmsilçisi

“Seçkilərədə heç bir siyasi partiya və ya blok təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs yığmaya bilər"

“İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləridir. Bölgəmizin gələcəyi, Azərbaycan-Ermənistan münasibətləri üçün vacib siyasi hadisədir”. 

“Sherg.az”ın xəbərinə görə, bu barədə REAL partiyasının təmsilçisi Natiq Cəfərli deyib. 

Siyasi şərhçi bildirib ki, son zamanlar Ermənistan saytlarını, Rusiya xəbər kanallarını izlədikdən sonra seçkidən sonra 3 mümkün senarinin olacağı qənaətinə gəlib: 

“Seçkilərədə heç bir siyasi partiya və ya blok təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs yığmaya bilər. Belə halda Ermənistan prezidenti səsvermə nəticələrinə görə növbə ilə hökumət formalaşdırmağı ilk 3 yeri tutan siyasi quruma həvalə edir. Onlar da koalisiya qura bilmirlər və seçkilər ləğv edilir, payıza yeni seçkilər təyin olunur. Yaxud seçkilərdə Paşinyan komandası səs çoxluğu qazanır və təkbaşına iqtidar olmaq üçün kiçik partiyalara ehtiyac duyulur. Danışıqlarla bir neçə mandat qazanmış siyasi təşkilatları koalisiyaya qoşub yenidən hökumət formalaşdırılır. Ya da seçkidən sonra Köçəryan və dəstəsi küçələrə çıxır və seçkilərdə total saxtalaşdırmanın olduğunu bəhanə edərək küçədən hakimiyyətə gəlməyə çalışırlar. Rusiyadan da açıq-gizli dəstək alaraq çevriliş edir və hakimiyyətə gəlirlər. Daxili hesablaşmalar başlayır, həbslər olur və qarışıqlıq artır”.
 
N.Cəfərlinin fikrincə, 3-cü ssenari daha realdır və buna hazır olmalıyıq: 

“Paşinyan anlayır ki, Kreml onu çıxdaş etməyi düşünür. Moskva istənilən halda bunu etmək istəyəcək. Məhz ona görə seçkidən öncə Fransa və ABŞ-dan dəstək alaraq seçkinin legitimlik “möhürünü” Moskvaya deyil, Qərbdə vermək istəyir. Hər halda 20 iyun seçkilərindən sonra Ermənistan çalxalanacaq, qeyri-sabitlik bir müddət davam edəcək. Həmin dövrdə sərhəddə və Qarabağın hələ də rus-erməni işğalı altında qalan kiçik hissəsində ciddi təxribatlar mümkündür. Ciddi hazırlaşmalıyıq. Seçkilər payıza ertələnsə, sərhəddə və Xankəndi ətrafında təxribatlara güc strukturlarımızla ciddi cavab vermək məcburiyyəti yarana bilər. Bu zaman Moskvanın yeri, rolu və iştirakını ciddi sual altına qoya, onların ərazimizdə mövcudluğunu sorğulaya bilərik”.