“Azərbaycanda siyasi vəzifələr haqqında qanun qəbul edilməlidir”.
Oxu.Az-ın məlumatına əsasən, parlamentin iclasında deputat Ziyafət Əsgərov belə təkliflə çıxış edib.
“Dövlət qulluğu haqqında” qanun var, lakin orada göstərilmir ki, siyasi vəzifə daşıyanlar kimlərdir”, - deyə Z.Əsgərov əlavə edib.
O daha sonra deyib ki, biz hələ də bilmirik konkret kimlər, komitə sədri və ya nazir - hansı siyasi vəzifə daşıyır.