Rusiya Prezidenti Vladimir Putin hər an “altılıq platforması” təşəbbüsünü müzakirə etməyə hazırdır.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab olaraq bildirib.
Ərdoğanın sözlərinə görə, V. Putin “altılıq platforması” təşəbbüsünə hər zaman müsbət yanaşıb.
O qeyd edib ki, Soçidə rusiyalı həmkarı ilə Suriya, Qarabağ, Liviya və Əfqanıstandakı prosesləri ətraflı şəkildə müzakirə edib.