Gürcüstan MSK-ya 170-dən çox şikayət daxil olub


Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) yerli seçkilərlə bağlı saat 15:00-dək 175 şikayət ərizəsi daxil olub.

“Report”un yerli bürosu xəbər verir ki, bunu MSK-nın mətbuat katibi Natia İoseliani deyib.

O bildirib ki, şikayətlər əsasən prosedur qaydalarının pozulması və komissiya üzvlərinin intizam məsuliyyətinə cəlb olunması tələbi ilə bağlıdır.