Gürcüstanın Baş naziri Mixeil Saakaşvilinin ekstradisiyasını istisna edib

“Tam məsuliyyətlə demək istəyirəm ki, Mixeil Saakaşvili Gürcüstanda cəzasını tam olaraq çəkəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib.

O vurğulayıb ki, eks-prezident 6 il müddətinə azadlıqdan məhrum edilib: “Əgər Ukraynaya qayıtmaq istəyirsə, cəzasını tam çəkdikdən sonra, əlbəttə istənilən ölkəyə dönə bilər”, - hökumət başçısı söyləyib.