Saakaşvili: “Gürcü Arzusu” hakimiyyətinin son günlərini yaşayır”

“Gürcü Arzusu” hakimiyyətinin son günlərini sayır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yaydığı müraciətdə bildirib.
O qeyd edib ki, lideri olduğu Vahid Milli Hərəkat Partiyası yerli seçkilərdə çox yaxşı nəticə əldə edib: “Biz nəinki gücdən düşməmişik, həm də daha mübariz olmuşuq. Sizinlə fəxr edirəm”.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılaraq Rustavidə cəzaçəkmə müəssisəsinə yerləşdirilib.