Mirzoyanın İran səfəri:“Gorus-Qafan yoluna alternativ yolun çəkilməsi...”

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrana işgüzar səfər edəcək. Bunu Ermənistan Xarici İşlər Nazrilyinin mətbuat katibi Vaan Unanyan bildirib.
Onun sözlərinə görə, A.Mirzoyan səfər çərçivəsində İranın xarici işlər naziri Hüseynəmir Abdullahianla görüşəcək.

Səfərdə müzakirə ediləcək məsələlərlə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın qənaətincə, Ermənistanla İran arasında son günlər baş verən bir sıra mövzulara aydınlıq gətirilməlidir:

“Həmin məsələlərdən biri də Gorus-Qafan yolunda alternativ yolun istifadəsi və regionda yaranmış gərginliklə bağlı Ermənistanın üzərinə düşən məsələlərdir.

 Çünki Azərbaycan tərəfi İranla dialoqunda şübhəsiz ki, Ermənistanın yaratdığı gərginliyi rəsmi Tehranın diqqətinə çatdırır. Azərbaycan qonşu dövlət kimi İran arasında gərginliyin olmasına qarşıdır. 

Hesab edirəm ki, Ermənistan XİN başçısının Tehrana səfəri daha çox regiondakı məsələ, Gorus-Qafan yoluna alternativ yolun çəkilməsi, yaranmış gərginlik, Azərbaycanda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti, eləcə də perspektivdə Ermənistan-İran münasibətləri müzakirə olunacaq. Həmçinin İran qazının Ermənistana ötürülməsi, bununla bağlı qiymət tarifinə yenidən baxılması da müzakirələr arasındadır. 

Çünki Ermənistan Rusiyadan qazın 1000 kub metrini 165 dollara alır, İran isə Rusiyadan ucuz qaz satacağını söyləmişdi”.