Politoloq: "Türkiyə-Azərbaycan-Rusiya formatı çox uğurludur"

"Azərbaycanla Rusiya arasında mehriban qonşuluq siyasəti çərçivəsində əlaqələr inkişaf edir".

Bu fikirləri "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. 

Politoloq qeyd edib ki, həmçinin, bir sıra iqtisadi, siyasi prioritetlər də müəyyənləşdirilib: 

"Azərbaycanın hərbi arsenalında Rusiya istehsalı olan silahlar var və bu silah potensialı artırılır. Eyni zamanda, qeyd olunmalıdır ki, mühüm iqtisadi prioritetlər sırasında şimal-cənub, eləcə də şərq-qərb nəqliyyat dəhlizlərində Azərbaycan-Rusiya əlaqələri mühüm komponent kimi qəbul olunur. Həm üçtərəfli formatlarda çox yaxşı münasibətlər formalaşdırılmışdır. Belə ki, Rusiya-Azərbaycan-İran, eləcə də Türkiyə-Azərbaycan-Rusiya formatları  çox uğurludur. Azərbaycan burada üçtərəfli formatlarda bağlayıcı rol oynayır və özünün geostrateji mövqeyi çox mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, həm də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə Rusiya prezidenti Putin arasında qarşılıqlı etimad və hər iki bir-birinə tam uyğunlaşdırılması müstəvisində xalqların rifahına xidmət edən siyasət həyata keçirdirlər. Ümumillikdə, hər iki ölkənin liderinin qarşıya qoyulmuş məqsədləri yerinə yetirmək istiqamətindəki fəaliyyətləri, bölgədəki sülhün, sabitliyin və əmin-amanlığın qorunmasına xidmət edən birgə addımlardır".