İranın cənub sərhədlərimizdə keçirdiyi təlimlərin əsas məqsədi  

"İran Azərbaycanla sərhəddə yeni qüvvələr və hərbi texnika göndərib".

Bu barədə "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib. 

Analitik bildirib ki, bunu İranın Nizami Qüvvələrinin komandanı, general-mayor Hüseyn Əştəri söyləyib: 

"Əslində İranın cənub sərhədlərimizdə keçirdiyi təlimlər bu ad altında hərbi qüvvələrin sərhədə dislokasiya olunması məqsədi daşıyırdı. Təlim üçün sərhədə gətirilən texnika və qüvvələrin geri çəkildiyinə dair məlumatların olmaması diqqət çəkir. İndi bölgəyə yeni qüvvələri cəlb etməklə sərhəddə hərbi varlığı artırırlar".