Bayden iqtidarı İranla uzlaşma siyasəti yeridir

“İranın son zamanlar narahatlığını iki məqamla təhlil etməliyik. Birincisi, Azərbaycanla olan gərginlik, ikincisi digər qüvvələrlə olan konflikti. Azərbaycanla olan narahatlığı aydındır ki, bölgədə keçirtdiyi təlimlərlə bağlıdır. Sadəcə İran ona qarşı ola biləcək təhlükələrə qarşı adekvat tədbirlər görməyə başladı. Yəni İran Azərbaycanla olan sərhədlərində təlimlər keçməklə bəyan olundu ki, İran açıq-aşkar narahatdır və bu narahatlığını büruzə verdi”.

Bu sözləri  politoloq Elman Vəliyev “sherg.az”a açıqlamasında deyib.

O, qeyd edib ki, amma tərəflər arasında geniş konflikt olması absurddur:

"İranın bir qonşusu Azərbaycan, bir qonşusu Türkiyə, bir qonşusu da Pakistandır. Bu üç qonşunun münasibətləri nizamlıdır. İranın bu qonşuları ilə münasibətləri korlamaq faydasız bir siyasət yeritmək deməkdir.Azərbaycanla, Türkiyə ilə yaşayan narahatlığın əsas səbəblərindən biri Ermənistandır. İranı Ermənistana dəstək verməklə ittiham edirlər. İran bölgədə Ermənistanı Türkiyəyə, Azərbaycana qarşı istehkam kimi görür. Çünki Ermənistanın hər iki dövlətlə mübarizəsi var. İranın digər bir narahatlığı isə İsrail və Amerikadır. İranın nüvə silahı əldə etməsi əleyhinə çıxan İsrail və Amerika təzyiqləri daha da artırır. İrana ən sərf edən nüvə əldə etməkdənsə, özünə sərf edən şəkildə anlaşmalar imzalamasıdır. Çünki bilir ki, əgər nüvə dövləti olsa təzyiqlər kəsilməyəcək və sanksiyalar belini bükəcək. İranın valyutası ən dəyərsiz valyutalardandır. Bunun səbəbi sanksiyalardır”.

E.Vəliyev əlavə edib ki,  Tramp adminstrasiyasına nisbətən Bayden iqtidarı İranla uzlaşma siyasəti yeridir: 

“Bu narahatlığa görə İran tərəfi Rusiyaya üz tutdu. Ancaq Rusiya tərəfindən istədiyini tam ala bilmədi. Rusiya İrana eyham vurdu ki, Azərbaycanla sərhəddə gərginlik yaratması narahat vericidir. Ancaq Rusiya Amerika ilə mübarizədə İrana dəstəkdir”.