Rusiya Ermənistanda nüfuz savaşı aparır


Birgə hərbi təlimlərin keçirilməsi də daxili auditoriyaya hesablanıb

Rusiya və Ermənistan Birləşmiş Qüvvələr Qrupu hərbi təlimlərə başlayıb. Qrupun komandanı, general-leytenant Tiqran Parvanyan hərbi manevrlərdə Ermənistan ordusunun xüsusi korpusu və 201-ci baza da iştirak edir. Parvanyan təlimin ildə bir neçə dəfə baş tutacağını da xatırladıb. Bir neçə senari üzrə keçirilən təlimlərə tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriyalar cəlb edilib.

 Mövzu ilə bağlı siyasi analitik Rusif Məmmədsoy "Şərq"ə açıqlamasında bildirib ki, Rusiyanın hazırda əsas məqsədlərindən biri məhz Qarabağda yaşayan ermənilərin narahatlığını aradan qaldırmaqdır. Analitik bəyan edib ki, bununla da Rusiya onların "ağası" olduğunu xatırlatmağa çalışır:

 "Təsadüfi deyil ki, yaxın günlərdə Rusiyaya məxsus "İl-76" təyyarəsi İrəvana gəldi. İddia edilir ki, həmin yüklər humanitar yardımdır və oradan da Xankəndiyə daşınacaq. Təbii olaraq bizlərdə müəyyən narahatlıq yaranır ki, bəlkə bu yenə də silah və sursatdır. Çünki həmin yükləri daşımaq üçün təyyarəyə ehtiyac yoxdur. Bunu daha kiçik həcmli yük maşını ilə də daşımaq olar. Yəni anlaşılan odur ki, Rusiya Ermənistanda nüfuzunu qorumağa çalışır. Bunun üçün də bu tip addımları atır. Bundan sonra atacağını da istisna etmirəm. Hətta bundan bir neçə gün öncə qondarma rejimin qondarma rəhbəri Araik Arutyunyan qondarma ordunun ləğv ediləcəyini dedi. Təbii ki, həmin əlisilahlı birləşmələrdir, yəni terrorçulardır. Bu mənada onlar mütləq şəkildə tərksilah edilməlidir və bu proses gecikir".