AKP ilə YAP Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə videokonfrans keçirib

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) ilə Yeni Azərbaycan Partiyası (YAP) Qarabağ Zəfərinin birinci ildönümü ilə bağlı videoformatda konfrans keçirib.

"Report"un xəbərinə görə, bununla bağlı AK Partiyanın sədr müavini Numan kurtulmuş tviter hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə YAP ilə birgə “Qarabağ Müharibəsi: Türkiyə-Azərbaycan qardaşlığının Zəfəri” adlı onlayn konfrans təşkil edilib: "Biz iki dost və qardaş ölkə olaraq yaxşı münasibətlərimizi və həmrəyliyimizi bundan sonra da artıracağıq".