Politoloqdan fərqli baxış: “Sərhəd məsələsinin tələsik həlli prosesi indiki dövrdə siyasi cəhətdən əlverişli deyil"

“Zəngəzur və sərhəd məsələlərinin tezliklə həlli prosesi bu dövdə Azərbaycan üçün siyasi cəhətdən əlverişli deyil. Məsələ ondadır ki, proseslərin davam etməsi gərginliyin qalmasına və Ermənistanın hər an səhv etməsinə, bununla da Azərbaycanın yeni ərazilər əldə etməsinə şərait yaradır”. 

Bu sözləri politoloq Azər Qasımov deyib. Onun sözlərinə görə, qeyri- stabillik nəticəsində Ermənistan daxili gərginlik Rusiyaya qarşı ritorikanın getdikcə sərtləşməsi, iqtisadi durumun kəskinləşməsi ilə müşayət olunur:

 “Bu da Azərbaycanın işinə yarayır. Azərbaycanın son əməliyyatlar nəticəsində əldə etdiyi ərazilər öz strateji mövqeyi ilə fərqlənir. Belə ki, bir başa çıxılan ərazi bizə şərait yaradır ki, dəhliz məsələsini elə həll edək ki, nəzarətimizdə olan ərazidən bilavasitə Naxçıvanla arada qalan dağlıq ərazinin altından təxmini 17km tunellə Ermənistan və Irana problem yaratmadan istifadə edək. Bir sözlə, öz ərazimizdən tunelə girib, 17km-dən sonra Naxçıvanda olaq. Belə tunellərdən Naxçıvana qaz və neft boru kəmərləri keçirmək üçün də istifadə etmək olar. Bu, əslində Ermənistan üçün də məqbul variantdır. Üç tunellə; avtomobil, qatar və boru kəmərlərini heç kimə mane olmadan çəkmək olar. Eyni zamanda, bu xətləri təhlükələrdən qorumağa ehtiyac qalmaz.
Böyük ehtimalla Azərbaycanın həmin ərazidəki hərbi fəaliyyəti buna hesablanıb”.