Ərdoğanla Putin Ukrayna mövzusunu müzakirə edəcək


Dekabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığının olacağı gözlənilir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Riqada keçirilən NATO xarici işlər nazirlərinin iclasında iştirak zamanı jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, görüşdə əsasən Ukrayna mövzusu müzakirə ediləcək: “Biz həm Rusiya, həm də Ukrayna ilə təmasdayıq və gərginliyin azaldılmasının tərəfdarıyıq. Bu yaxınlarda hər iki həmkarımla danşıdım. Cümə günü isə prezidenlərin görüşü olacaq”.