“The New York Times” qəzeti və Siena Kolleci ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı sorğu keçirib.
Sherg.az xəbər verir ki, Harrisin 47 faiz səs aldığını göstərən sorğu nəticələri Trampın 48 faizlə 1 pillə irəlidə olduğunu göstərib.
Digər tərəfdən, ABŞ-da aparılan sorğuların ortalamasına görə, Harris yüzdə 49 səslə Trampı 2 bal qabaqlayır.
Sorğunun nəticələri göstərir ki, namizədlər sentyabrın 10-da keçiriləcək teledebat öncəsi yarışda öndə gedirlər.
Sorğuda iştirak edən seçicilərin demək olar ki, 30 faizi Harrisin siyasi mövqeyi haqqında kifayət qədər məlumatlı olmadıqlarını bildirib.
Bu arada, əksər seçicilər Trampın siyasi baxışlarının böyük ölçüdə aydın olduğunu düşünür.
Donald Tramp və Kamala Harris noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi sentyabrın 10-da ABC kanalının Nyu-Yorkdakı studiyasında üz-üzə gələcəklər.