“Fransa Qarabağ məsələsində var olduğunu göstərmək istəyir”

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, liderlər bir sıra regional məsələləri müzakirə ediblər. Eyni zamanda, onlar Qarabağda vəziyyətin sabitləşməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib. Avropadakı sabitlik və təhlükəsizlik barədə danışıblar.Tərəflər həmçinin Rusiya və ABŞ arasında təhlükəsizlik təminatları haqqında müqavilə layihəsinə diqqət çəkiblər.V.Putin Rusiya diplomatiyasının bu mövzuda gördüyü işlər barədə danışıb. 

Maraqlıdır, liderlərin istər telefon danışıqlarnda, istərsə də görüşlərində  Qarabağ məsələsini daim diqqətdə saxlaması nə ilə bağlıdır?

Mövzunu “Sherg.az”a şərh edən AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli  ATƏT-in  Minsk qrupundakı  həmsədrlərə diqqət çəkib: 

“İllərdir, burda üç ölkə olub ki, onlaradan ikisi də Rusiya və Fransadır. Bu formatın davam etməsi Fransa ,Rusiya eləcə də Amerikanın  marağındadır. Ona görə də onlar  bir-biriləri ilə danışıqlar aparanda Qarabağ məsələsinə toxunurlar”. 

Ə.Məmmədliyə görə, bununla Fransa özünün də Qarabağ məsələsində var olduğunu göstərmək istəyir:

 “Bu həm də Türkiyə ilə Azərbaycana qarşı bir basqı siyasətinin göstəricidir. Mən hər zaman demişəm və yenə də təkrarlayıram, beynəlxalq məsələlərdə Qarabağ məsələsi yeganə mövzudur ki, orda Rusiya, Amerika və Fransanın maraqları üst-üstə düşür”.
Partiya sədri Rusiya ilə Qərbin üst-üstə düşən maraqlarının  Azərbaycanın deyil, Ermənistanın xeyrinə olduğunu diqqətə çatdırıb:
 “Rəsmi Bakı bunu nəzərə alıb diplomatik xarici siyasətində adekvat addımlar atmalıdır”.