Rusiya və Ukrayna atəşkəslə bağlı razılığa gəlib

Rusiya və Ukrayna Donbass bölgəsi ilə bağlı 2020-ci ildə əldə edilmiş atəşkəs rejimini bərpa edəcək.
"Sherg.az"ın xəbərinə görə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) vasitəçiliyi ilə əldə olunan razılaşma regionda gərginliyin azaldılması üçün mühüm addımdır.
Qeyd edək ki, Ukrayna və Qərb ölkələri Rusiyanın sərhədə 100 min əsgər yığdığını iddia ediblər.

Xanlar ƏLİBƏY