"Qarabağ klanı"nın “vağzalısı çalınır”! – “Son “qala” ələ keçirilir” - Proses başlanıb!

“Bu, Paşinyanın təkcə “Qarabağ klanı”na deyil, eyni zamanda Rusiyaya qarşı mübarizədir:

 “Düşünürəm ki, burda Araiki “hakimiyyət”dən uzaqlaşdırılmaqda N.Paşinyan həm də Rusiyanın bölgədəki təsirini zəiflətməyə və yenidən Qarabağdakı erməniləri İrəvanın nəzarətinə qaytarmağa çalışır”

“Onun əsas hədəfi budur. Bu isə həm Araikin, həm də cinayətkar “Qarabağ klanı”nın və Rusiyanın da maraqlarına ziddir. Məhz Paşinyan əleyhinə  bu cür  müxalifət açıqlamaları da bununla bağlıdır” 

"Mənim şərəfim var" müxalifət fraksiyasının deputatı Tiqran Abramyan "Facebook" səhifəsindəki bəyanatında Paşinyan hakimiyyəti ilə bağlı bir sıra məqamlara diqqət çəkib.  O bildirib ki, Nikol Paşinyanın mətbuat konfransının və “Facebook”da verdiyi şərhlərin əsas məqsədi onun qondarma Artsaxda (oxu: Qarabağ) daxili siyasi "uyğunluğu" dəyişdirmək istəyi ilə bağlıdır: “Məlum səbəblərə görə ictimaiyyətin diqqəti Nikol Paşinyanın azərbaycanpərəst təbliğatına və mövzunun Azərbaycan "sousu" altında təqdim olunmasına yönəlib, lakin Nikolun əsas məqsədi qondarma rejimin “prezidenti”ni vəzifəsindən uzaqlaşdırmaqdır".

 Erməni müxalifətçinin fikrincə, Paşinyan hazırda Qarabağda yeni prezident seçkilərinin keçirilməsinin qeyri-mümkünlüyünü anlayır. Ona görə də Arutyunyanın “hakimiyyət”dən uzaqlaşdırılması üçün pərdəarxası prosesə başlayıb.

Nikol üçün Arutyunyanın “vəzifə”dən uzaqlaşdırılması hərbi xunta rejimini “iqtidar”dan məhrum etmək məsələsində ən qısa və son addımdır.O iddia edib ki, Paşinyan Qarabağ məsələsi ilə bağlı məsuliyyətdən tamamilə xilas olmaq və bunun müqabilində digər məsələlərdə Türkiyə və Azərbaycandan kompromis əldə etmək istəyir.

Vəziyyəti şərh edən analitik Turab Rzayev “Sherg.az”a bildirib  ki, hazırda  Ermənistan daxilində “Qarabağ klanı” ilə mövcud “Paşinyan klanı” arasında güclü müharibə gedir: 

“Burda da əvvəllər “Qarabağ klanı” Paşinyana qarşı idi. Hətta Araik “seçilməzdən” öncə çox ağır ifadələr  işlətmişdi. İndi Paşinyan başa düşür ki,onu uzaqlaşdırmasa  və  “Qarabağ klanı”n nəzarət etdiyi son “qala”nı ələ keçirməsə, Ermənistanda istədiyi qədər dəyişiklik edə bilməyəcək. Ona görə də məcburən bu üsula əl atır”. 

T.Rzayev hesab edir ki, bu Paşinyanın təkcə “Qarabağ klanı”na deyil, eyni zamanda ,Rusiyaya qarşı mübarizədir:

 “O hazırda  Qarabağdakı qondarma rejim haqqında qərar verə bilmir. Düşünürəm ki, burda Araiki “hakimiyyət”dən uzaqlaşdırılmaqda N.Paşinyan həm də Rusiyanın bölgədəki təsirini zəiflətməyə və yenidən Qarabağdakı erməniləri İrəvanın nəzarətinə qaytarmağa çalışır. Onun əsas hədəfi budur. Bu isə həm Araikin,həm də cinayətkar “Qarabağ klanı”nın və Rusiyanın da maraqlarına ziddir. Məhz Paşinyan əleyhinə  bu cür  müxalifət açıqlamaları da bununla bağlıdır”. 

Analitik Rusiyanın bu məsələdəki mövqeyinə diqqət çəkib: 

“Rəsmi Moskvanın  özü də Qarabağdakı separatçı klanının Ermənistanın təsirinə düşməsini yox, birbaşa Moskvadan asılı qalmasını  istəyir. Bununla da əslində İrəvanla Araik arasındakı düşmənçilikdən istifadə edərək Araik üzərində öz təsirini formalaşdırmağa  çalışır. “Qarabağ klanı”nı özünə bağlı saxlayır. Necə ki, Köçəryan və Sarkisyan hələ də Rusiyadan asılıdır onun bütün əmrlərinə qeyd şərtsiz yerinə yetirir”.