KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması yanvarın 19-da yekunlaşacaq

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının Qazaxıstandan qayıtması yanvarın 19-da yekunlaşacaq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu açıqlayıb.
“KTMT sülhməramlıları Qazaxıstanda 14 sosial əhəmiyyətli obyekti mühafizə altına alıblar”, - o vurğulayıb.