Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib 

Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib
APA xəbər verir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti vəzifəsinə seçilib.
“Strasburqda yekdilliklə çox məsul vəzifəyə: AŞPA-nın monitorinq komitəsi sədrinin birinci vitse-prezidenti seçilməkdən qürur duyuram”,- deyə Səməd Seyidov bildirib.