“Ermənistanda prezident vəzifəsi elə bir təsirsiz hala gətirilib ki...”

“Prezident hazırda  natorial qaydada hökumətdən gələn qərarları təsdiqləməkdən başqa bir ciddi funksiya daşımır”


Yanvarın 23-də Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. Bu ölkədə yeni prezident seçkilərinin baş tutacağı gözlənilir. Maraqlıdır, hazırda rəsmi İrəvanda bu posta ən real namizəd kimdir?

Mövzunu  Politoloq Natiq Miri “Sherg.az”a dəyərləndirilb. O bildirib ki, Ermənistanda prezident seçiləcək şəxsin kimliyi önəmli deyil:

 “Çünki Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi blok tərəfindən dəstəklənən istənilən namizəd  seçilə bilər. Bilirsiz ki, həmin blokdan 79 nəfər parlamentdə iştirak edir. Prezidentin seçilməsi üçün də 80 səsə ehtiyac var. Buna görə də namizəd kim olur olsun, əhəmiyyət kəsb etməyəcək. Həmçinin prosesdə Paşinyanın rəhbərlik etdiyi blokların səs verməsi ilə bərabər müxalifətdə olan bir nəfərin də rəyinə ehtiyac var. Düşünürəm ki, onlar bu rəyi almaqda da çətinlik çəkməyəcəklər”. 
Politoloqun fikrincə,bundan sonrakı mərhələ N.Paşinyan üçün daha rahat olacaq:  

“Bilirsiz ki, konstitusiya məhkməsində hələ də Nikolun bilavasitə nəzarət edə biləcəyi hüquqi bir durum yoxdur. Çünki  hazırda bu məhkəmə prezident Sarkisyanın dönəmində olan əksər hakimlərdən  ibarətdir. İnsan hüquqları ilə  məşğul olan Ombudsman aparatı  bilavasitə müxalif qüvvələrin təmsilçisi olduğu üçün  bu yöndə Paşinyanın mövqeləri tədricən güclənəcək. Bu da öz növbəsində konstitusiya məhkəməsinin dəyişməsi ilə bağlı yolu nisbətən təmizləyəcək”.  

N.Mirinin qənaətincə, rəsmi İrəvanda  kimin prezident seçilməsindən asılı olmayaraq proses Paşinyanın siyasi mövqelərini möhkəmlədəcək:

“Bu siyasi güc mərkəzinin dayaqlarının  cəmiyyətin daha da dərin qatlarına enməsinə şərait yaradacaq. Digər tərəfdən Ermmənistanda parlamentin skiperi bu səlahiyyətləri icra etdiyi üçün siyasi bir hakimiyyət boşluğu hiss olunmayacaq. Orda prezident vəzifəsi elə bir təsirsiz hala gətirilib ki, o hazırda  natorial qaydada hökumətdən gələn qərarları təsdiqləməkdən başqa bir ciddi funksiya daşımır” .