Dünya bazarlarında kəskin ucuzlaşma… -  Ukrayna - Rusiya gərginliyinə görə

Ukrayna və Rusiya arasındakı gərginliyin şiddətlənməsi ilə əlaqədar  Avropa bazarları kəskin ucuzlaşıb. “Alman Dax”  və “Fransız Cac” 40 fond indeksləri  erkən ticarətdə təxminən 2 faiz, İngiltərə “FTSE 100” isə təxminən 1faiz ucuzlaşdı.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki,  Asiya bazarlarında da kəskin ucuzlaşmalar müşahidə olunur. Yaponiyanın Nikkei 225 indeksi 1,9 faiz, Koreyanın Kospi indeksi isə 1,4 faiz dəyər itirib.
Çinin Shanghai Composite və Avstraliyanın S&P/ASX 200 indeksləri 1faizdən çox ucuzlaşıb. Honq Konqun Hang Seng İndeksi 3,2 faiz azalaraq, son beş ayın ən böyük gündəlik itkisini göstərməyə hazırlaşır. Çinə görə Asiyada narahatlıqlar yaranıb.

Cəmilə ƏZİM