Nazir "24 saat qalıb" dedi: "Rusiyanın Ukraynanı tam miqyaslı işğalı..."

Avstraliyanın Baş naziri Skott Morrison bu gün Sidneydə keçirilən mətbuat konfransında çıxış edib.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki,  S.Morrison  Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq yeni tədbirləri açıqlayıb.  Avstraliya Rusiyaya qarşı sanksiyaları elan edən sonuncu ölkədir.
Morrison mətbuat konfransında qeyd edib ki, Avstraliya əvvəlcə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının səkkiz üzvünə qarşı səyahət qadağaları və məqsədyönlü maliyyə sanksiyaları tətbiq edəcək.

Nazir əlavə edib ki, o, Rusiyanın nəzarətində olan Krım və Sevastopol üzrə mövcud sanksiyaları Luqansk və Donetski də əhatə etməklə genişləndirəcək. Sanksiyalar nəqliyyat, enerji, telekommunikasiya, neft, qaz və mineral ehtiyatları hədəfləyir.
Həmçinin bir sıra Rusiya banklarının taleyi də belə olacaq.

Morrison rəsmi Kiyevin işğalının faktiki olaraq başladığını vurğulayıb:
 “Rusiya hazırda Ukraynaya tam miqyaslı işğalı başa çatdırmağa hazırdır və bu, yaxın 24 saat ərzində baş verəcək”.

Cəmilə ƏZİM