Ukraynada fövqəladə vəziyyət! - “Kiyev və digər bölgələri qorumaq...”

Kiyev-Moskva münasibətləri gərginləşməyə davam edir. Fevralın 23-ü Ukraynada fövqəladə vəziyyət elan olunub. Bu barədə Ukrayna Təhlükəsizlik Şurası qərar qəbul edib. 
Rusiya da Ukraynadakı bütün diplomatik nümayəndəliklərində çalışan işçilərinin təxliyəsinə başlayıb. Rusiyanın Kiyevdəki səfirliyi məlumatı təsdiqləyib. 

Kiyev-Moskva münasibətlərinin nəticələrini "Sherg.az"a şərh edən Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, atılan addımlar gözlənilən idi:

“Müharibənin olması ehtimalı inandırıcı görünmür. Çünki Ukrayna torpaqları azad etmək üçün təkbaşına müharibəyə girməyə risk etməyəcək. Qərb də qəti şəkildə Rusiya ilə müharibəyə atılmaz. Fövqəladə vəziyyətin elan olunması normaldır. Ukrayna hazırda Kiyev və digər bölgələri qorumağı hədəfləyib. 

Diplomatların çıxarılması da normal haldır. Ümumiyyətlə, Ukraynanın bugünə qədər niyə Rusiya ilə diplomatik münasibətləri kəsməməsi anlaşılan deyil. Daha Rusiya nə etməlidir ki, diplomatik münasibətlər kəsilsin? Elə vaxtında münasibətlərə son qoymağı gözlənilirdi. Lakin bu günə qədər əlaqələr davam edirdi”.

Xanlar ƏLİBƏY