Ukrayna Avropa İttifaqında! – “...Rusiya bacarmadı” 


“İndi Qərb Rusiyaya təzyiqi gücləndirməklə onu masada əyləşməyə vadar edə bilər”

“Rusiyanın Ukraynaya hücumunda əsas iddialarından biri də budur ki “mən Avropaya hücum etmirəm”

“Bu qərarla da Qərb bir növ Ukraynanı Avropa kimi göstərib onun iddiasını  əsassız edir”

Avropa Parlamenti Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üçün müraciətini qəbul edib.Bu barədə Avropa Parlamentinin iclasının onlayn yayımında bildirilib.Qeyd olunub ki, Avropa parlamentariləri qəbulla bağlı xüsusi üzvlük prosedurunu işə salıblar. 

Siyasi şərhçi Asif Nərimanlı  Ukraynanın indiki halda  Aİ-na üzv olmasından “sherg.az ”a danışarkən bildirib ki,burda əsas məqsəd Ukraynanı Rusiya işğalından qorumaqdır:

 “Proses Rusiya işğalını dayandırmağa hesablanıb.Rus  ordusu tam olaraq Ukraynadan  çıxarılmasa belə bu qoşunların daha da irəliləməsinin qarşısını ala bilər. Rəsmi Moskva hücuma keçdikdən sonra bütün Qərb cəbhəsi anti-rus koalisiyasında birləşsə də, rəsmi şəkildə bu müharibədə Ukrayna tərəfdən iştirak edə bilmir. Onlar yalnız qeyri-rəsmi formada nələrsə etməyə çalışırlar. Qərb Ukraynanın yanında olmaqla Rusiyaya birbaşa Avropa ilə mübarizə apardığını göstərib onu çəkindirməyə çalışır”. 

Analitik diqqətə çatdırıb ki, Avropada hələ də Rusiya-Ukrayna müharibəsində  Ukraynanı müdafiə etməkdən çəkinən ölkələr var. Bu proseslə Avropa həm də Qərbdə anti-rus cəbhəsini tamamlayır:

“Ola bilsin ki, Rusiya bundan sonra hərbi müstəvidə müəyyən bir nəticə əldə etsin. Amma o siyasi müstəvidə bunu bacarmadı. İndi Qərb Rusiyaya təzyiqi gücləndirməklə onu masada əyləşməyə vadar edə bilər. Rusiyanın Ukraynaya hücumunda əsas iddialarından biri də budur ki “mən Avropaya hücum etmirəm”. Bu qərarla da Qərb bir növ Ukraynanı Avropa kimi göstərib onun iddiasını  əsassız edir”.