Lavrovdan geri addım:"Rusiyanın tam blokadası..."

“Rusiya sanksiyalara hazır idi, lakin onların idmançılara, ziyalılara, aktyorlara, media işçilərinə və mədəniyyət xadimlərinə təsir edəcəyini gözləmirdi”.
“Sherg.az” Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazir Qərb dövlətləri və şirkətlərinin gördüyü tədbirlərdən təəccübləndiyini bildirib. 
Lavrov öncəki çıxışlarında Rusiyanın çoxlu dostu olduğu üçün təcrid olunmuş vəziyyətdə qalmayacağını dilə gətirmişdi. Rusiya XİN yenə də Rusiyanın tam blokadasının mümkünsüzlüyünü vurğulayıb.

Çimnaz