Polşa prezidenti: “Rusiyanın Ukraynada törətdiyi cinayətlərdə soyqırımı əlamətləri var”


“Rusiyanın Ukraynada törətdiyi cinayətlərdə soyqırımı əlamətləri var. Müharibəyə səbəb olanlar beynəlxalq tribunalda cəzalandırılmalıdır”.

Bu sözləri Polşa Prezidenti Anjey Duda deyib.

“Kiyev də bütün Ukrayna kimi azad dünya üçün bizim ümumi dəyərlərimizin, azadlığımızın, suverenlik və demokratiyanın müdafiəsinin simvoluna çevrildi. Artıq bir həftədir Ukrayna ən ağır əvəz ödəməklə Rusiya ordusuna müqavimət göstərir. Yaşayış evlərinə, məktəblərə və xəstəxanalara hücumlar edilir, Rusiya qoşunlarının çoxsaylı hücumlarında soyqırımı əlamətləri var. İnanıram ki, onlar cəzasız qalmayacaqlar, günahkarlar isə beynəlxalq tribunallarda məsuliyyətə cəlb olunacaqlar”, - deyə A.Duda bildirib.

O, qeyd edib ki, Qərb artıq Polşanın təşəbbüsü ilə təcavüzkara qarşı irəli sürülən sanksiyaları dəstəkləyib.

“Biz Ukraynanın Aİ üzvü olmaq cəhdlərində onun vəkiliyik”, - deyə A.Duda bildirib.

Mənbə: Unian.net