Ermənistanın yeni prezidenti məlum olub

Vahan Xaçatryan Ermənistanın prezidenti seçilib.
“Report” xəbər verir ki, ikinci cəhddə parlament beşinci dövlət başçısını seçə bilib.
Hakim “Mülki müqavilə”dən olan namizədin lehinə 71 deputat səs verib.