Zelenski:“Hər bir evi, küçəni, şəhəri yenidən quracağıq”

Ukrayna şəhərlərində günlərlə davam edən atışmalardan sonra prezident Volodimir Zelenski ölkənin yenidən qurulacağına söz verib.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki,  Rusiya təzminatın nə olduğunu öyrənəcək:
“Bütün kilsələrimizi dağıtsanız belə, bizim imanımızı, Ukraynaya və Allaha səmimi inamımızı, insanlara olan güvənimizi məhv edə bilməyəcəksiniz. Biz hər bir evi, hər bir küçəni, hər bir şəhəri yenidən tikəcəyik. Rəsmi Moskva "təzminat” və “töhfələr” sözlərini mütləq öyrənsin! Dövlətimizə və hər bir ukraynalıya qarşı etdiklərinizin əvəzini bizə tam verəcəksiniz!”.

Cəmilə ƏZİM