Rusiyalı hərbçilər Ukraynada etiraza qalxdı: “3-4 gündür acıq” - VİDEO

Sosial şəbəkələrdə Ukrayna ilə müharibəyə göndərilən Rusiya hərbçilərinin etiraz videosu yayılıb.
Görüntülərdə onlar 3-4 gündür ac qaldıqlarını deyirlər. Hərbçilərin sözlərinə görə, onlara hansısa sənədi imzalatdıqlarını və xidmətdən azad edəcəklərini deyiblər.
“Onlar bizi təlim adı ilə bura yollayıblar. Ölənlərin də meyitlərini daşımırlar, sadəcə gözləyirik ki, bizi sərhəddən keçirsinlər. Artıq üç gündür, bizi evimizə qaytaracaqlarını gözləyirik”, - deyə rusiyalı hərbçilərdən biri bildirib.