Rusiya – Ukrayna danışıqlarının ikinci raundu keçirilir - YENİLƏNİR + VİDEO


Rusiya – Ukrayna danışıqlarının ikinci raundu keçirilir.

Bu barədə Ukrayna prezident ofisi sədrinin müşaviri Mixail Podolyak sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, gündəlikdəki əsas məsələlər dərhal atəşkəsin təmin edilməsi, sülh müqaviləsinin imzalanması, eləcə də atəşə tutulan şəhər və kəndlərdən mülki əhalinin evakuasiyası üçün humanitar dəhlizlərin açılmasıdır.

16:10

Tərkibində parlamentarilər, məmurlar və prezident ofisinin təmsilçiləri olan Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara yollanıb.

Bu barədə Ukrayna prezident ofisi sədrinin müşaviri Mixail Podolyak sosial şəbəkə hesabında paylaşım edib.

“Rusiya ilə danışıqlara yollanırıq. Artıq helikopterlərdəyik”, - deyə o qeyd edib.


14:12

Rusiya və Ukrayna arasında danışıqlar bu gün yerli vaxtla təxminən saat 15:00-da Belarusun Brest vilayətində baş tutacaq.

Danışıqların yeri və vaxtını Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski açıqlayıb.

Rusiya nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Ukrayna ilə danışıqlarda atəşkəs məsələsi müzakirə olunacaq. Danışıqların ikinci mərhələsində Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib.

Mənbə: TASS