Çavuşoğlu: “Çoxlu üz-üzə və telefon danışıqlarımız olacaq”

“Vətəndaşlarımızın təxliyəsi ilə bağlı işlərimizi davam etdiririk”.
"Sherg.az" "cnnturk"ə istinadən məlumat verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
XİN rəhbəri qeyd edib ki, Türkiyə digər ölkələrin vətəndaşlarının təxliyəsi üçün də səylər göstərir: 

“Lavrov dünən axşam Mariupoldakı vətəndaşlarımızın təxliyyəsi üçün mənə zəng etdi. Biz bu prosesin bir-iki günə başa çatmasını gözləyirik”.

Çavuşoğlu Ukrayna-Rusiya savaşına da münasibət bildirib: “Daimi atəşkəs üçün Rusiya və Ukrayna arasında razılaşdırılmalı olan məsələlər var. Bununla bağlı səylərimiz davam edir. Çoxlu üz-üzə və telefon danışıqlarımız olacaq”.