SOYUQ TƏHLİL!“Rusiya Ukraynanı məğlub edə bilməyəcək” 

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç “Feyqin Live” kanalına müsahibə verib. O bildirib ki, Rusiya və Ukrayna arasında bir və yaxud iki həftə ərzində sülh sazişinə nail olmaq olar : “Çox güman ki, mayın əvvəlində və bəlkə də daha tez sülh razılaşmasına nail ola bilərik.İki həftə və yaxud danışıqların daha bir raundundan sonra may ayının sonuna kimi razılığa gələ bilərik”.

Politoloq Zərdüşt Əlizadən tərəflər arasında gözlənilən sülh razılaşmasından “Sherg.az”a  danışarkən qeyd edib ki, Rusiyanın burda əsas şərti  Ukraynanın Donetsk və Luqansk inzibati ərazilərini itirməsi və  Ukrayna ordusunun silahsızlaşdırılması ola bilər:

“Ukrayna əhalisi, xüsusən də döyüşən ordu bu şərtləri qəbul etməz. İndi Putinin qarşısında iki yol qalır. O ya rus ordusunun indiyə qədər tutduğu torpaqları özündə saxlamaqla uzunmüddətli bir atəşkəsə nail olmaq üçün danışıqlara başlamalıdır, ya da  daha geniş miqyaslı hücumla Ukraynanı məğlub etməyə cəhd göstərməlidir. Hər iki halda təbii ki, sanksiyalarla  Rusiya iqtisadiyyatı çökəcək”.

Z.Əlizadənin fikrincə , hazırda Rusiya sülhə doğru addım atmaqdan daha çox Ukraynaya  hücum etmək niyyətində görünür:

 “Hətta ola bilsin ki, bu hücumda hazırda Qarabağ ərazisində yerləşdirilmiş iki min rus sülhməramlısı da qoşulsun. Əgər belə olsa, müharibənin daha şiddətli bir mərhələsi başlayacaq”.

Politoloqun qənaətincə,Ukrayna xalqının əzmi çox möhkəmdir və Putin də Ukraynanı məğlub edib istədiyinə nail ola bilməyəcək:

 “Bundan sonra da Rusiya daxilində məğlubiyyətdən doğan sarsıntılar başlayacaq”.