“Rusiya ilə imzalanan “Moskva Bəyannaməsi” Azərbaycanı gücləndirib”

Martın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər,Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb, eyni zamanda, regional təhlükəsizlik məsələləri də müzakirə olunub.E.Blinken Ukraynaya humanitar yardım etdiyinə görə Azərbaycana təşəkkür edib.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş  millət vəkili Araz Əlizadə  bu barədə “sherg.az”a danışarkən bildirib ki, Azərbaycan İkinci Qarabağ savaşında  hərbi yolla qələbə qazandıqdan sonra regionda güc amilinə çevrilib: 

“Rusiya ilə “Müttəfiqlik haqqında Bəyannamə”   imzalaması isə onu daha da gücləndirib. Bu  ABŞ-ni narahat edir. O çalışacaq ki, rəsmi Bakı ilə Kreml arasında olan münasibətləri soyuqlaşdırsın. Buna nail ola bilməyəcək, çünki Azərbaycan özünə böyük qardaş yox böyük dostlar axtarır”. 

A.Əlizadə vurğulayıb ki, Azərbaycan ABŞ-nin necə dost olmasını Əfqanıstanda eləcə də Ukraynadakı hadisələrdən bilir: 

“Onun öz maraqları var. ABŞ dövlət katibinin ölkə başçımıza zəngi də Ağ Evin maraqlarına hesablanıb”.