“Cənab Prezidentin rəhbərliyi ilə siyasi islahatlarda ölkəmiz bu illər ərzində inkişaf etmişdir”

2018-ci ildə yenidən xalqın dəstəyini qazandıqdan və yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab Prezidentin ölkəmizin gələcəyi və inkişafıyla bağlı olan siyasəti tam aydın idi. 

Yəni Cənab Prezident seçkilərdən sonra böyük xalq mitinqinin qarşısında çıxış edərkən ölkəmizin inkişafı ilə bağlı islahatların aparılacağına, gənclərə dövlət idarəçiliyində daha çox yer veriləcəyinə, ölkədə iqtisadi islahatlar aparılacağına, eyni zamanda əhalinin sosial müdafiəsini gücləndirməklə bağlı tədbirlərlə yanaşı bir tərəfdən isə ölkəmiz üçün daha prioritet olaraq və 30 il müddətində işğal altında qalan torpaqlar işğaldan azad ediləcəyilə bağlı xalqa vədlər verildi və biz sonrakı fəaliyyətdə gördük ki, möhrətəm cənab Prezident verdiyi vədlərin hamısını demək olar ki, yerinə yetirə bildi. 
Cənab Prezidentin sərəncamları ilə ölkədə mərkəzi icra hakimiyyəti orqanları idarəetməsinə gənclər gətirildi və bunun sayəsində eyni zamanda ölkə rəhbərli ilə aparılan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə şəffaflığın artırılması, büdcə vəsaitlərindən səmərəli istifadə, bütün bunlar ölkəmiz üçün əsas prioritet məsələlər idi. Aparılan kadr islahatları, eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri, dövlət büdcəsindən olan vəsaitlərdən səmərəli istifadə nəticəsində biz ilbəil Azərbaycan Respublikasının dövlət büdcəsinin armasına gətirib çıxardan səbəbləri görə bilirik. 
Möhtərəm cənab Prezidentin apardığı siyasət nəticəsində ölkəmizin beynəlxalq imici möhkəmlənməyə başladı və xarici siyasətdə aparılmış balanslaşdırılma, eyni zamanda mehriban qonşuluq siyasəti, digər bir tərəfdən ölkəmizdə demokratiyanın və insan hüquq azadlıqlarının işkişafı nöqteyi-nəzərdən aparılan islahatlar, bu islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi isə ölkəmizin ilbəil artan beynəlxalq nüfuzunu bir az da artmasına səbəb oldu. 
Digər bir tərəfdən möhtərəm cənab Prezidentin rəhbərliyilə Azərbaycan ordusunun güclənməsi, Azərbaycan ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, orduda xidmət edən əsgər və zabitlərin həyat şəraitinin yaxşılaşdırılması, orduya müasir silahların alınması sayəsində biz kifayət qədər işlər gördük və bunun nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə biz işğal altında olan torpaqlarımızı geri qaytara bildik. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq İranla bütün sərhədlərini bərpa edə bildi, Ermənistanla bütün sərhədlərini bərpa edə bildi və Azərbaycan beynəlxalq hüququn tam hüquqlu, müstəqil üzvü kimi bu gün öz müsbət yüksəlişlərinə imza qoymaqda davam edir. Və nəinki biz bununla işlərimizi bitirmiş hesab etdik, əksinə, möhrətəm cənab Prezidentin rəhbərliyi ilə biz işğaldan azad  olunan ərazilərdə dinc quruculuq bərpa proseslərinə başlamışıq və bunun sayəsində biz miqyassız sözlə ifadə oluna bilməyəcək dətəcədə bərpa proseslərini davam etdiririk. Və ümid edirik ki, cənab Prezidentin apardığı siyasət nəticəsində biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların da bərpasını həyata keçirdə biləcəyik. Bu ərazilərdən 30 il məcburi köçkün həyatına məhkum olunmuş insanlar qayıdıb öz ata-baba yurdlarında firavan, xoşbəxt yaşayacaqlar. Cənab Prezidentin rəhbərliyi ilə siyasi islahatlarda ölkəmiz bu illər ərzində inkişaf etmişdir. 
Bilirsiz ki, bu günlər ərzində Azərbyacan Respublikasının Prezident Aparatında uyğun şöbə yaradılıb, ictimai təşkilatlar və qanunvericiliklə iş üzrə şöbə yaradılıb. Eyni zamanda ölkəmizdə yenidən Parılament seçkiləri keçirildi, hakim Yeni Azərbaycan Partiyası islahatlara getdi və həm nizamnaməsində dəyişikliklər edildi və yeni İdarə Heyəti seçildi, rayon təşkilatları formalaşmağa başlayıb və bütün bunlar ölkəmizdə aparılan siyasi islahatların tərkib hissələridir və hesab edirəm ki, bundan sonrakı illərdə də möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan siyasi-iqtisadi, mədəni və digər sahələrdə islahatlar davam etdiriləcək və Azərbaycan daha böyük uğurlara imza atacaqdır. 

Mahir Abbaszadə,
Milli Məclisin deputatı