Putin Qərbə xəbərdarlıq etdi: "Bu, Rusiya ilə müharibə demək olacaq"

"Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli Qərb silahlarından istifadə "NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq".

Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putin bildirib ki, Ukrayna təkbaşına belə zərbələr endirmək iqtidarında deyil. Onun sözlərinə görə, bu yalnız NATO peyklərinin məlumatlarından istifadə etməklə baş verə bilər.

"Biz NATO ölkələrinin birbaşa hərbi münaqişədə iştirak edib-etməməsi ilə bağlı qərar verməkdən danışırıq", - deyə prezident qeyd edib.

Putinin fikrincə, belə bir qərar qəbul olunarsa, bu, münaqişənin mahiyyətini dəyişəcək və NATO ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq.

"Əgər bu belədirsə, münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq, bizim üçün yaranacaq təhlükələrə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik", - deyə o əlavə edib.