Rumıniya Ukraynaya "Patriot" sistemləri göndərəcək

Rumıniya tezliklə ölkəmizə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərəcək.

APA-nın xəbərinə görə, bunu Ukraynanın müdafiə naziri Rustam Umerov deyib.

O bildirib ki, müvafiq razılıq rumıniyalı həmkarı Ancel Tılver ilə telefon danışığında əldə olunub. Nazirin sözlərinə görə, söhbətin əsas mövzusu ölkə səmasının Rusiyanın hücumlarından etibarlı şəkildə qorunması olub.

Umerov bir qrup ukraynalı hərbi pilotun Rumıniya ərazisində təlimlərə cəlb olunduğunu da vurğulayıb.