Daşkəsəndə qəza baş verib, xəsarət alanlar var

Daşkəsəndə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.