Putin:“Ukrayna ilə danışıqlar Belarus Prezidenti sayəsində mümkün olub”


“Rusiyanın Ukrayna ilə danışıqları Belarus Prezidentinin səyi nəticəsində mümkün olub”.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra brifinqdə söyləyib.
“Belarus ərazisi Rusiya və Ukrayna arasında danışıqlar üçün kifayət qədər uyğundur”, - rusiyalı dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, iki lider arasında görüş Rusiyanın Uzaq Şərq bölgəsində yerləşən Amur vilayətindəki “Vostoçnı” kosmodromunda baş tutub.