MDB XİN başçılarının növbəti iclasının yeri və tarixi BƏLLİ OLDU

MDB ölkələrinin xarici işlər nazirləri şurasının növbəti iclasının mayın 13-də Düşənbədə keçirilməsi planlaşdırılır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci departamentinin direktoru Mixail Yevdokimov deyib.
Onun sözlərinə görə, nazirlər digər məsələlərlə yanaşı, Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər.
“MDB Xarici İşlər Nazirləri Şurasının iclasları ənənəvi olaraq ildə iki dəfə keçirilir. Növbəti iclasın Düşənbədə, mayın 13-də keçirilməsi planlaşdırılır. Payız iclası isə oktyabrın 13-də Nur-Sultanda keçiriləcək”, - deyə Yevdokimov bildirib.
O qeyd edib ki, nazirlər Birlik çərçivəsində qarşılıqlı fəaliyyətin geniş spektri üzrə fikir mübadiləsi aparacaqlar, aktual beynəlxalq və regional mövzuları, o cümlədən, Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Mənbə: RİA Novosti