Partiya sədri ilə xalq artisti nəyi “bölə bilməyiblər”? – “Şərq” arxivi açdı+ FOTO

“Şərq” qəzetinin 1999-ci il 12 dekabr tarixli sayında xalq artisti Flora Kərimova ilə bağlı maraqlı yazı dərc olunub. Məqalədə qeyd olunub ki, F.Kərimova “Qeyrət” partiyasının lideri Əşrəf Mehdiyevdən ayrılacaq. Buna səbəb isə Ə.Mehdiyevin müavini Tofiq Cəfərovla yola getməməsi olub. 

T.Cəfərovla Ə.Mehdiyev arasındakı anlaşılmazlıqdan ən böyük zərəri Qarabağ icması görüb. Belə ki, artıq "Qeyrət" partiyasında T.Cəfərovu dəstəkləyən qüvvələr yaranıb. 

Bu səbəbdən Əşrəf bəyin rəhbərlik etdiyi icmada ikitirəlik yaranıb. 

“Qeyrət”in liderinin digər bir Qarabağlı ilə yola getməməsi Flora Kərimovanın da etirazına səbəb olub.Flora xanım Ə.Mehdiyevə bildirib ki, əgər T.Cəfərovla barışmasa o, Qarabağ icmasını tərk edəcək”.