Ankarada razılaşma! – “Lavrov Ermənistana vəziyyəti izah edəcək”

Ermənistanın paytaxtı İrəvanda Rusiya xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olub.“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.XİN başçıları Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair mümkün sənədi müzakirə edib,Qarabağ məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.Lavrovun Türkiyə səfərindən dərhal Sonra İrəvana getməsi və Azərbaycan Ermənistan münasibətlərini müzakirə etməsi ciddi marağa səbəb olub,

Görüşü şərh edən siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki rəsmi Moskva  Qərbin aktivliyini azaltmaq üçün Cənubi Qafqazda Türkiyənin yolunu açıb:

“Ankarada razılaşma əldə edən S.Lavrov Ermənistana vəziyyəti izah etmək üçün gedib. Azərbaycan üçün məsələni kimin həll edəcəyi vacib deyil. Hər kim ki Ermənistanı razı sala biləcəksə, biz həmin masada yer alacağıq. Rusiya və ABŞ anlayır ki , 44 günlük müharibədən sonra bölgədə əsas tərəf Türkiyədir. 

Ukrayna müharibəsindən sonra  Rusiya  Avropa ittifaqının Cənubi Qafqazda gedən proseslərə müdaxiləsini istəmir. Rəsmi Moskva Brüsseldəki sərhəd razılaşmasını aradan çıxarmaq niyyətindədir. Rusiyə Ermənistanı Brüssel razılaşmasına yox, onun masında əldə edilən razılaşmalara əməl etməyə məcbur edir.

Butün bu proseslər onu göstərir ki, "3+ 3 formatı" yenidən fəaliyyətə başlayacaq. Regionda Türkiyə və Rusiya masasının aktivləşəcəyi , 44 günlük müharibədən sonra gündəmdə olan məsələlərlə bağlı yeni addımlar atılacağı gözlənilir".