Medvedevden sensasion açıqlama:"Bu 3-cü dünya müharibəsinə gətirib çıxaracaq"

Rusiyanın eks-prezidenti Medvedev NATO ölkələrinin Krımın statusunu pozmaq cəhdinin  Rusiyaya qarşı müharibə elanı olduğunu bəyan edib.
"Sherg.az” HaberTürk-ə istinadən xəbər verir ki, Medvedev bunun 3-cü dünya müharibəsinə gətirib çıxaracağını açıqlayıb. Sabiq ölkə başçısı NATO-ya daxil olmaq istəyən İsveç və Finlandiya haqqında da danışıb. O, bildirib ki, bu iki ölkə NATO-ya daxil olarsa, onların sərhədlərində “İsgəndər” raket sistemləri yerləşdiriləcək.