Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına rəsmi səfərə yola düşüb. Səhər saatlarında Tehrana çatan Azərbaycanlı nazir ilə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında görüş başlayıb.Qeyd edək ki, C.Bayramovu iranlı həmkarı ölkənin XİN binasında qarşılayıb.
Daha sonra da nazirlər ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Rəsmi Tehran və Bakı arasında münasibətlər anlaşılmazlıqdan sıx əməkdaşlığa keçid edir.
O bildirib ki, tərəflər bir sıra məsələləri, o cümlədən İran və Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin ərazi bütövlüyünün tanınması və dəstəklənməsi məsələlərini müzakirə ediblər.
Abdullahian söyləyib ki, ölkəsi Azərbaycan və Ermənistan mövcud olan məsələlərin tərəflərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həll edilməsinə tərəfdardır.
Regional formatların zəruriliyini vurğulayan Hüseyn Əmir-Abdullahian Anakara səfəri çərçivəsində Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunduğunu diqqətə çatdırıb.İqtisadi əməkdaşlıq məsələlərinə gəlincə, o, tərəflər arasında əldə edilmiş bir sıra razılaşmaların İranın energetika nazirinin Azərbaycana səfəri çərçivəsində tam işlənəcəyini vurğulayıb. İranlı nazir tərəflərin Araz çayını və ondan istifadə üzrə mövcud layihələrin həyata keçirilməsini müzakirə etdiklərini deyib:
“Son aylar ərzində ölkələr arasında ticarət həcmlərindəki sıçrayış bizi sevindirir və ümid edirik ki, bugünkü danışıqlar nəticəsində özəl və dövlət sektorun iqtisadi-ticari münasibətləri daha da genişlənəcək."
C.Bayramov da öz növbəsində diqqətə çatdırıb ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətini artırmağa və Rəşt-Astara dəmir yolunun tikintisinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır.Regionda sülhün bərqərar olmasından danışan XİN rəhbəri Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmağa səy göstərdiyini söyləyib.O qey edib ki,Biz Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsinin və beynəlxalq əlaqənin bərpasına hazır olduğumuzu bəyan etmişik və iki ölkə arasında sərhədin delimitasiya haqqında təklif irəli sürmüşük.
Görüşü "Sherg.az"a dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, İranla Azərbaycan arasında 44 günlük müharibədən sonra vəziyyət gərginləşmişdi:
"İran Azərbaycana qarşı müxtəlif iddialar və saxta bəyanatlar irəli sürmüşdü.Son hadisələr zamanı İranın Türkiyədə israilli ovuna çıxması və Azərbaycana qarşı fəaliyyəti vəziyyəti gərginləşdirdi.Sonrakı zaman çərçivəsində tərəflər münasibətlərin normallaşmasına dair xeyli danışıqlar apardı.
İran XIN-nin Mövlud Çavuşoğlu ilə görüşü zamanı üçtərəfli görüşün siqnalları verilmişdi. Hətta bu görüşün prezidentlər səviyyəsində olacağı da iddia edilir. Bu onu göstərir ki, regionda “3+3 formatı”nda inkişaf ola bilər. Çünki, “3+3 formatı” Zəngəzur dəhlizinin açılması, Azərbaycan Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi və.s deməkdir.
Bu hadisələr gerçək olarsa, İran “3+3 formatı”nda region əməkdaşlığında aktiv iştirak edə bilər. Habelə İran arasında karbohidrogen daşıyıcılıq sahəsində əməkdaşlıq genişlənə bilər.
Bunun birinci mərhələsi Türkmənistan qazının Azərbaycana tranzitə keçməsiylə İrana ötürülməsidir. Həmin qazla İranın 6 əyaləti həmin perspektivdə İran qazının və yüklərinin Azərbaycandan keçməklə Avropaya çatdırılma imkanı var.
Yəni İranla Azərbaycannın arasında iqtisadi əlaqələrin inkişafını üçün hər cür şərait var.
Lakin bunun üçün İran tərəfi müəyyən məsələlərdə siyasi iradə ortaya qoymamalı və Azərbaycanla münasibətdə ikili standartdan çıxış etməməlidir. Əks halda bütün lahiyələr və vədlər çıxış kimi də qalacaq".