Ermənistan cığallıq edir! 

“Bu hal Azərbaycana ixtiyar verir ki, haqqı olanı zor gücü ilə əldə etsin”

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyasının son iclasında çıxış edib. O, Azərbaycan və Ermənistan deputatlarının Tbilisi də, görüşünün keçirilməsini təklif edib.

 Cənubi Qafqazda sabitlik və əmin-amanlığın əhəmiyyətindən danışan komitə sədri bölgədə sülhün təmin olunmasında Gürcüstanın sabitləşdirici rol oynamağa hazırlığını ifadə edib.Samxaradze bildirib ki,Sülh dialoqunun təşviqi məqsədilə azərbaycanlı və erməni həmkarlamızı Tbilisidə qəbul etməyə hazırıq.

Xatırladaq ki,N.Samxaradze Gürcüstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəridir. O, PA-nın sessiyası çərçivəsində qurumun Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Komitəsinin sədri seçilib.

Təklifi "Sherg.az"a dəyərləndirən millət vəkili Razi Nurullayev bildirib ki, Azərbaycan  bütün platformalarda ermənilərlə danışıqlar aparmağa hazırdır:

 "Ölkəmiz regionda sülhə nail olmaq istədiyini dəfələrlə qeyd edib. Təbii ki, bütün görüşlərin bir faydası olur. Biz bütün platformalarda iştirak edirik və danışıqlar aparırıq. 

Lakin Ermənistan bu kimi vəziyyətlərdə cığallıq edir. Bu proses beynəlxalq təşkilatların gözləri önündə baş verir. Bu hal Azərbaycana ixtiyar verir ki, haqqı olanı zor gücü ilə əldə etsin. Hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi vacibdir. 

Bu cür görüşlər Azərbaycanın apardığı siyasətin tərkib hissəsidir ki, bu bizə müxtəlif platformalarda haqlı olduğumuz mövqeləri əsaslandırmağa imkan yaradır".