İran-Ermənistan münasibətlərində Azərbaycana qarşı çalarlar... – ŞƏRH 

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Danışıqıar zamanı tərəflər qarşlılıqlı əlaqələri müzakirə ediblər. İbrahim Rəisi iki ölkə arasında dərin tarixi əlaqələrin mövcudluğunu vurğulayıb.Onun sözlərinə görə,indi rəsmi Tehran və İrəvan arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılması zəruridir. 

N.Paşinyan danışıq zamanı Azərbaycanla sərhəddə baş verən qarşıdurmalar barədə İ.Rəisiyə məlumat verib. İran dövlət baçısı isə:“Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur” – deyə qeyd edib.

Politoloq Sədrəddin Soltan mövcud Ermənistan-İran münasibətlərinin Azərbaycana təsirlərini “Sherg.az”a şərh edib:

 “Ermənistan-Rusiya münasibətləri indi müttəfiqlikdən və dostluqdan da irəlidir. Ermənistan Rusiyanın vassalıdır. İrandakı hakimiyyətlə Rusiyadakı hakimiyyət də bir-birini dəstəkləyir. Belə olduğu müddətdə  İran-Ermənistan münasibətlərində Azərbaycana qarşı çalarlar hər zaman olacaq”. 

Politoloq diqqətə çatdırıb ki,İranla Ermənistanı təkcə  Rusiya faktoru deyil  eyni zamanda Azərbaycana qarşı xoş olmayan münasibət birləşdirir:

“Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşıdır. İran isə rəsmi Bakının güclənməsini istəmir. Hər iki ölkə hakimiyyəti Azərbaycana qarşı bu mövqedən çıxış edir. 
Belə davam etdiyi müddətdə də hər iki ölkə ilə münasibətlərimiz tam şəkildə normallaşmayacaq”.