Stoltenberq və Blinken görüşəcək

NATO Baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.

APA xəbər verir ki, bu barədə NATO-nun saytında məlumat verilib.
Bildirilib ki, görüş sentyabrın 9-da NATO-nun mənzil-qərargahında baş tutacaq.
Görüşdən sonra Stoltenberq və Blinken birgə mətbuat konfransı keçirəcək.